Sportal.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
"Arsenal" yayda akademiya məzunları ilə yollarını ayırmağa hazırdır.
Sportal.az BBC-yə istinadən xəbər verir ki, klub Miles Lyuis-Skelli və Ethan Nvaneri üçün gələcək təklifləri dinləməyə hazırdır. Hər iki futbolçu 2025-ci ildə uzunmüddətli müqavilə imzalayıb.
Nvaneri ilə "Borussiya"(Dortmund) və bir neçə Premyer Liqa klubu maraqlanır. Lyuis-Skelli isə liqanın üst yarısında qərarlaşan komandaların diqqətini cəlb edib.
“Arsenal” bu iki oyunçu üçün ümumilikdə ən azı 110 milyon avro istəyir və bu məbləğ maliyyə feyr-pleyi baxımından xalis gəlir kimi hesablanacaq.
Bundan əlavə, London klubu Qabriel Jesus, Ben Vayt və Qabriel Martinelli üzrə təklifləri də nəzərdən keçirməyə hazırdır.
saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.