RU

Metyu Perrinin ölümünə görə daha bir nəfər həbs edildi

ain.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.

"Dostlar" serialının ulduzu Metyu Perrinin ölümündə təqsirli bilinən, “Ketamin kraliçası” kimi tanınan Jasvin Sanqa 15 il müddətinə azadlıqdan məhrum edilib.

Axşam.az xəbər verir ki, o, aktyora narkotik maddə satmaqda təqsirli bilinib.

Məhkəmə materiallarına əsasən, 43 yaşlı Sanqa qadağan olunmuş maddələrin satışını öz evindən təşkil edib və özünü Hollivudun varlı müştərilərinə xidmət göstərən eksklüziv diler kimi təqdim edib.

2023-cü ildə o, Metyu Perrinin ketaminə maraq göstərdiyini öyrənib və aktyorun şəxsi köməkçisi Kennet İvamasa vasitəsilə ona 51 flakon preparat ötürüb.

2023-cü il oktyabrın 28-də İvamasa Sanqanın verdiyi ketamini Perri-yə inyeksiya edib. Bundan sonra aktyor həyatını itirib. 

Qeyd edək ki, Metyu Perri uzun illər alkoqol və narkotik asılılığı ilə mübarizə aparıb. O, 28 oktyabr 2023-cü ildə Los-Ancelesdəki evində, cakuzi içində ölü tapılıb. Ekspertiza onun ölüm səbəbini ketaminin həddindən artıq dozada qəbulu ilə əlaqələndirib.

Perri depressiyanı müalicə etmək üçün bir neçə həftə ərzində ketamin inyeksiyaları qəbul edib. Klinikada dozanın artırılmasına icazə verilmədikdə, o, preparatı qeyri-leqal yolla əldə etməyə başlayıb.

Xatırladaq ki, Metyu Perrinin ölümündə təqsirli bilinən həkim Salvadora Plasensiya 2,5 il müddətinə azadlıqdan məhrum edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
57
axsam.az

1Источники