RU

Müctəba Xameneidən ABŞ-yə ultimatum verib: İran qisas alacaq...

İranın ali lideri ölkəsinin yeni mərhələyə keçdiyini və Hörmüz boğazı üzərində nəzarətin dəyişəcəyini bəyan edib...

Poliqon xəbər verir ki, Müctəba Xamenei atasının, keçmiş ali lider Əli Xameneinin öldürülməsinin 40-cı günü münasibətilə xalqa müraciət edib. O, müraciətində İran xalqını “bu mübarizədə qətiyyətli qaliblər” adlandıraraq ölkənin böyük gücə çevrilmək ərəfəsində olduğunu vurğulayıb.

Müctəba Xamenei bildirib ki, İrana hücum edən qüvvələr cəzasız qalmayacaq və Tehran hər bir dağıntıya görə kompensasiya, habelə həlak olanlar üçün “qan bahası” tələb edəcək. O, region ölkələrinə də mesaj ünvanlayaraq onların baş verənləri düzgün qiymətləndirməli olduqlarını və “yanlış vədlərə aldanmamalı” olduqlarını qeyd edib.

Ali lider əlavə edib ki, İran Hörmüz boğazı üzərində idarəetmədə yeni mərhələyə keçir. Onun sözlərinə görə, rəsmi Tehran müharibəyə can atmır, lakin öz hüquqlarından da geri çəkilməyəcək və bu çərçivədə “müqavimət cəbhəsi” vahid struktur kimi qiymətləndirilir.

Müraciətdə xüsusi olaraq vurğulanıb ki, İran rəhbərliyi mərhum ali lider və “şəhidlər” üçün qisas almaqda qətiyyətlidir. Bu bəyanatlar regionda gərginliyin daha da artacağı ehtimallarını gücləndirir və xüsusilə ABŞ-nin bölgədəki siyasətinə qarşı sərt siqnal kimi qiymətləndirilir.

Analitiklər hesab edirlər ki, Tehranın bu ritorikası həm daxili auditoriyanı səfərbər etməyə, həm də beynəlxalq səviyyədə güc nümayiş etdirməyə yönəlib. Eyni zamanda, Hörmüz boğazı ilə bağlı səsləndirilən fikirlər qlobal enerji bazarları və dəniz nəqliyyatı üçün ciddi risklər yarada bilər.

Poliqon.info

Избранный
41
29
poliqon.info

10Источники