RU

"Dəmir qübbə" mifi dağıldımı?

40 günlük müharibə zamanı İran və Livandan atılan minlərlə raket və mərmi İsrailə ciddi ziyan vurub. Ölənlərin sayı 42-yə çatıb. İranın birbaşa zərbələri nəticəsində 22 nəfər, döyüşdə 12 əsgər, öz qoşunlarının atəşindən bir mülki şəxs və müharibə ilə əlaqəli qəzalar və ya tibbi insidentlər nəticəsində 7 nəfər həlak olub. “The Times of Israel” qəzetinin məlumatına görə , Səhiyyə Nazirliyi müharibənin başlanğıcından bəri 7451 nəfərin xəstəxanaya yerləşdirildiyini bildirir. Yaralılar arasında həm hərbçilər, həm də mülki şəxslər var.

İsrailin "Dəmir qübbə" mifi dağıldımı?

7c8db694-14f5-472b-a881-773cdc9c169b.jpeg

Siyasi şərhçi Azər Hüseynov mövzu ilə bağlı Musavat.com-a deyib ki, “dəmir qübbə” də bir sistemdir, nə toxunulmaz qalxandır, nə də hər şeyi qoruyan möcüzəvi texnologiya: “Sadəcə müəyyən şərtlər daxilində işləyən, müəyyən imkanları və eyni zamanda məhdudiyyətləri olan hərbi müdafiə mexanizmidir.
Son müharibə göstərdi ki, İranın istifadə etdiyi ballistik raketlər bəzi hallarda bu sistemi dəlib keçə bilir. Bu isə bir tərəfdən həmin sistemin limitlərini üzə çıxarırsa, digər tərəfdən İranın raket texnologiyaları sahəsində ciddi inkişaf etdiyini göstərir. Xüsusilə uzaq mənzilli və yüksək sürətli raketlərin tətbiqi artıq nəzəri yox, praktik nəticələrlə özünü göstərir.

Burada əsas məqam ondan ibarətdir ki, müharibə texnologiyasında sabit üstünlük anlayışı yoxdur. Hücum vasitələri inkişaf etdikcə, müdafiə sistemləri də yenilənir. Amma bu proses paralel getdiyi üçün heç bir sistem tam keçilməz olmur. Sadəcə müəyyən şəraitdə daha effektiv olur”.

Azər Hüseynova görə, dəmir qübbə ətrafında yaranan “mif” məsələsi isə daha çox geniş kütlənin yanaşmasıdır: “Peşəkar hərbi mühitdə belə yanaşmalar yoxdur. Orada sistemlərə emosional yox, texniki göstəricilər əsasında qiymət verilir: hansı hallarda işləyir, hansı hallarda çətinlik yaşayır, effektivlik faizi nə qədərdir.

Son müharibə də bunu açıq şəkildə ortaya qoydu. Məsələ hansısa mifin dağılması deyil. Məsələ sistemlərin real imkanlarının və zəif tərəflərinin daha aydın görünməsidir. Müasir müharibə artıq göstərir ki, tək bir müdafiə sistemi ilə tam təhlükəsizlik təmin etmək mümkün deyil”.

Afaq Mirayiq,
Musavat.com

Избранный
16
musavat.com

1Источники