RU

İsrail və Livan gələn həftə Vaşinqtonda danışıqlar aparacaq

İsrail və Livan gələn həftə Vaşinqtonda danışıqlar aparacaq

Gələn həftə ABŞ-ın paytaxtında İsrail və Livan arasında birbaşa danışıqlar keçiriləcək.

AFN.az xəbər verir ki, bu barədə "Axios" portalının müxbiri Barak Ravid öz mənbələrinə istinadən məlumat yayıb.

"Yüksək rütbəli İsrail rəsmisinin bildirdiyinə görə, İsrail və Livan arasında birbaşa danışıqlar gələn həftə başlayacaq. İlk görüş Vaşinqtonda, Dövlət Departamentində baş tutacaq", — deyə o qeyd edib.

Müxbirin sözlərinə görə, danışıqlar ölkələrin ABŞ-dakı səfirləri səviyyəsində aparılacaq. Görüşdə Amerika tərəfi də iştirak edəcək — ABŞ-ı ölkənin Livandakı səfiri Mişel İssa təmsil edəcək.

Qeyd edək ki, bu görüş iki ölkə arasındakı gərginliyin azaldılması və regional təhlükəsizliyin təmin olunması istiqamətində atılan mühüm diplomatik addım kimi qiymətləndirilir.

Избранный
42
5
afn.az

7Источники