RU

ŞOK! Pentaqon Roma Papasını hədələdi

ABŞ və Katolik kilsəsi arasındakı münasibətlərdə görünməmiş gərginlik yaranıb. “The New Republic” nəşrinin yaydığı şok məlumatlara görə, cari ilin yanvar ayından etibarən Vaşinqton və Vatikan arasındakı bağlar qopma nöqtəsinə gəlib. Bu soyuqluğun əsas səbəbi Roma Papası XIV Levin diplomatiya əvəzinə hərbi güc tətbiqini kəskin tənqid edən bəyanatları olub.

NOCOMMENT.az xəbər verir ki, Papanın çıxışından cəmi bir neçə gün sonra Pentaqonda keçirilən qapalı görüşdə ABŞ Müdafiə Nazirliyinin rəsmiləri Vatikanı birbaşa təhdid ediblər. Məxfi görüşdə Pentaqonun siyasi məsələlər üzrə rəhbərinin müavini Elbric Kolbi və Vatikanın ABŞ-dakı nümayəndəsi Kristof Pyer iştirak ediblər.

Məqalədə qeyd olunur ki, danışıqlar zamanı Kolbi ABŞ-ın dünyada “istədiyi hər şeyi etməyə imkan verən” hərbi qüdrətə sahib olduğunu xüsusi vurğulayıb. O, Katolik kilsəsinə açıq xəbərdarlıq edərək, kilsənin ABŞ-ın tərəfində yer almasının “daha yaxşı olacağını” bildirib. Bu hadisə beynəlxalq diplomatik dairələrdə böyük əks-səda doğurub və tərəflər arasındakı uçurumun daha da dərinləşəcəyi proqnozlaşdırılır.

Sara
NOCOMMENT.az

Избранный
36
nocomment.az

1Источники