RU

Bakıda müharibə iştirakçısının meyiti tapıldı

Bakıda gənc oğlan evində ölü halda tapılıb.

"Yeni Sabah" Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini 24 yaşlı Fəxri Fərhad oğlu Qəhrimanovun meyiti yaşadığı evdə aşkarlanıb. Onun hansı səbəbdən öldüyü bilinmir.

Faktla bağlı araşdırma aparılır.

Məlumata görə, Fəxri Fərhad oğlu Qəhrimanov İkinci Qarabağ müharibəsi iştirakçısıdır. O, "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olunub.


Telegram kanalımız
Избранный
17
10
yenisabah.az

10Источники