RU

SOCAR və “Özbəkneftqaz” “Üstyurt” kəşfiyyat sahəsində görülən işləri nəzərdən keçirib

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 9 aprel, AZƏRTAC

Özbəkistanda səfərdə olan SOCAR-ın vitse-prezidenti Arzu Cavadova “Özbəkneftqaz” ASC-nin İdarə Heyətinin sədri Abdugani Sanginov ilə görüşüb.

AZƏRTAC qurumun yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə Azərbaycan-Özbəkistan strateji tərəfdaşlığına uyğun olaraq şirkətlər arasında ikitərəfli əməkdaşlığın dinamik inkişafından məmnunluq ifadə olunub.

Tərəflər əlaqələrin cari vəziyyətinə və inkişaf perspektivlərinə dair müzakirələr aparıblar.

Söhbət zamanı “Üstyurt” kəşfiyyat sahəsində geoloji kəşfiyyat üzrə birgə layihənin icrası istiqamətində görülən işlər nəzərdən keçirilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
36
1
azertag.az

4Источники