RU

II Liqa: Tura Qubada yekun vuruldu

Azərbaycan II Liqasında XXI tur başa çatıb.

Fanat.Az xəbər verir ki, 6 apreldə start götürən tura bu gün keçiriləcək bir oyunla yekun vurulub.

Turun bağlanış matçı Qubada baş tutub. Eyni adlı komanda azarkeşləri önündə "Şəki Siti"ni məğlub edib.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Göygöl” “Ağdaş”a uduzub (0:2), “Araz Saatlı” “Ağstafa Gəncləri”ni (7:1), "Qaradağ Lökbatan" "Dinamo"nu (5:0), "Xankəndi" "Şirvan"ı (5:1) və "Kür-Araz" "Şəmkir"i üstələyib. 

Azərbaycan II Liqası
XXI tur
9 aprel 

“Quba” – “Şəki Siti” 5:1

Qollar: C.Qasımov,31. İ.İbrahimli, 34. E.Səmədov, 58,81. İ.İbrahimli, 69. - E.Hacıbalayev, 76.
Hakimlər: Murad Səlimov, Əhməd Əhmədsoy, Ruslan Məmmədov, Hacıağa Həsənov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Namiq Əliyev
Quba OİK stadionu, 16:00

Избранный
2
fanat.az

1Источники