RU

Avropa Trampın Kiyevə təzyiqləri artıra biləcəyindən NARAHATDIR

ain.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avropada ABŞ Prezidenti Donald Trampın Kiyevə təzyiqləri artıra biləcəyi ilə bağlı narahatlıq güclənir.

Redaktor.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri Avropa rəsmilərinə istinadən məlumat yayıb.

Məqalədə bildirilir ki, iki avropalı rəsmi Trampın qarşıdakı aralıq seçkilər ərəfəsində geosiyasi qələbə əldə etmək məqsədilə Ukraynaya təzyiqləri artıracağından ehtiyat edir. Onların fikrincə, Ağ Ev rəhbəri Kiyevi nəzarətində saxladığı bəzi ərazilərdən imtina etməyə məcbur edə bilər.

Digər adı açıqlanmayan rəsmi isə qeyd edib ki, ABŞ prezidentinin komandasında Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı səbr tükənmək üzrədir və onlar daha sürətli həll variantının tapılmasını istəyirlər.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
2
1
redaktor.az

2Источники