RU

Azərbaycanın keçmiş futbolçularına məşqçi diplomları verildi Şəkillər

ain.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

Azərbaycanın keçmiş futbolçularına məşqçi diplomları verildi - Şəkillər

Bu gün AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində UEFA-nın A kateqoriyalı məşqçi kursunu müvəffəqiyyətlə başa vurmuş mütəxəssislərə müvafiq diplomlar verilib.

QOL.az xəbər verir ki, diplomları AFFA-nın baş katibinin müavini Elçin Məmmədov və təlimatçılar Osman Rəhimovla Arif Əsədov təqdim ediblər.

A kateqoriyası alanların arasında Azərbaycan milli komandasının sabiq üzvlərindən Rauf Əliyev, Rasim Ramaldanov, Rail Məlikov, Ruslan Əmircanov, Rəşad Eyyubov, Maksim Medvedev kimi simalar var.

Qeyd edək ki, 2025-2026-cı illəri əhatə edən UEFA-nın A kateqoriyalı məşqçi kursunu Təhsil Şöbəsinin rəhbəri Aslan Kərimov və təlimatçılar Osman Rəhimovla Arif Əsədov keçiblər.

Yuxarı

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
7
10
qol.az

10Источники