RU

Bakının bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq

Bakı. Trend:

Aprelin 11-dən 12-nə keçən gecə saat 01:30 – 03:30 aralığındaBakı şəhərinin bir sıra küçə və prospektlərində nəqliyyatınhərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

Təşkilat Komitəsindən Trend-ə verilən məlumata görə,17–22 may 2026-cı iltarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun OnÜçüncü sessiyası (WUF13) çərçivəsində nəqliyyat axınının təhlükəsizvə səmərəli idarə olunmasını təmin etmək məqsədilə müəyyən edilmişmarşrutlar üzrə nəqliyyat vasitələrinin hərəkəti monitorinqediləcək.

Bununla əlaqədar, WUF13 Azərbaycan Əməliyyat Şirkəti vəaidiyyəti qurumların birgə təşkilatçılığı ilə həyata keçiriləcəkmonitorinq çərçivəsində aprelin 11-dən 12-nə keçən gecə saat 01:30– 03:30 aralığında Bakı şəhərinin bir sıra küçə və prospektlərindəhərəkətin müvəqqəti məhdudlaşdırılması nəzərdə tutulur.

Monitorinq Neftçilər prospekti, Yusif Səfərov küçəsi, qismənHeydər Əliyev prospekti (Sabunçu körpüsünə qədər), Mehdi Hüseynküçəsi, Xocalı prospekti, Rixard Zorge küçəsi, Zərifə Əliyevaküçəsi, eləcə də tədbir məkanı olan Bakı Olimpiya Stadionuistiqamətlərini əhatə edəcək.

Sürücülərdən və digər yol hərəkəti iştirakçılarından göstəriləntarixdə hərəkətlərini əvvəlcədən planlaşdırmaları, qeyd olunanistiqamətlər üzrə mümkün sıxlığı nəzərə almaları və alternativyollardan istifadə etmələri xahiş olunur.

Nəzərinizə çatdıraq ki, Heydər Əliyev Beynəlxalq Aeroportu iləşəhər mərkəzi istiqamətlərində hərəkət edən ekspress avtobusmarşrutu fəaliyyətinə normal qaydada, maneəsiz davam edəcək.

Qeyd edək ki, WUF13 öncəsi keçirilən nəqliyyat vasitələrininhərəkətinin monitorinqi son on il ərzində Azərbaycanda keçirilənbir sıra qlobal tədbirlərə hazırlıq çərçivəsində də tətbiq olunubvə uğurla həyata keçirilib.

Избранный
14
28
az.trend.az

10Источники