Bu hərbi aktivlərin əsas məqsədi ölkənin beynəlxalq hüquqla tanınmış ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpası məqsədi idi. Azərbaycan haqq müharibəsini “sonsuz qarşıdurma” məntiqi ilə deyil, “konkret siyasi nəticə” məntiqi ilə apardı. Azərbaycanın qələbəsini yalnız silah, texnologiya və ordunun peşəkarlığı ilə izah etmək natamam yanaşma olardı. Şübhəsiz ki, güclü ordu, müasir silahlanma və yüksək döyüş ruhu mühüm rol oynadı, Lakin bunları nəticəyə çevirən əsas amil siyasi liderin qətiyyəti və onun apardığl siyasətin strateji xəttinin ardıcıllığı idi. Müasir müharibələr göstərir ki, hərbi üstünlük qazanmaq mümkün olsa da , onu siyasi nəticəyə çevirmək hamıya müəssər olmur. Azərbaycan rəhbərliyi 2020-ci ildə bu iki xətti , hərbi və siyasi xətti , eyni anda və bir-birinə uyğun şəkildə idarə edə bildi. Cəbhədə əməliyyatlar gedərkən diplomatik platformada təzyiqlər neytrallaşdırıldı, informasiya məkanında isə Azərbaycanın haqlı mövqeyi ardıcıl şəkildə müdafiə olundu. Başqa sözlə, qələbə yalnız səngərdə deyil, eyni zamanda siyasi iradədə, diplomatik davranışda və informasiya cəbhəsində qazanılırdı. Rusiya–Ukrayna müharibəsinin dörd ilə yaxın davam etməsinə baxmayaraq siyasi finalın konturları hələ də aydın deyil. Hərbi əməliyyatların intensivliyi artdıqca diplomatik manevr imkanları daralır, kompromis isə zəiflik kimi təqdim olunur. Belə şəraitdə müharibə siyasi həllə yox, hər iki tərəf üçün tükənmə savaşına çevrilib. ABŞ–İran–İsrail münaqişəsi də təkcə hərbi toqquşma deyil, regional nüfuz uğrunda dağıdıcı geosiyasi mübarizədir. Tərəflərin məqsədləri müxtəlif, maraqları toqquşan, nəticə haqqında təsəvvürləri isə bir-birinə ziddir. Buna görə də elan olunan atəşkəslər belə dayanıqlı sülhə çevrilmə ehtimalı azdır. Bütün münaqişələrin öz tarixi, coğrafiyası, siyasi reallığı və beynəlxalq konteksti var, Lakin Azərbaycanın təcrübəsi bir universal həqiqəti sübut edir. Hərbi qələbə yalnız o zaman davamlı nəticə verir ki, onun arxasında aydın siyasi məqsəd, qətiyyətli liderlik və rasional strateji plan olsun. Bu gün dünyanın bir çox münaqişələrində əsas çatışmayan cəhəti də məhz budur, silah var, ordu var, xarici dəstək var və s. faktorlar var, ancaq münaqişənin siyasi finalının yol xəritəsi yoxdur. Azərbaycan isə 2020-ci ildə və 2023-cü ildə göstərdi ki, dövlət nə üçün mübarizə apardığını dəqiq biləndə, hərbi uğur siyasi nəticəyə çevrilə bilir”.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта