RU

“Parlayan ZİYA” layihəsi çərçivəsində Gəncədə görüşlərə başlanılıb

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Gəncə, 9 aprel, AZƏRTAC

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Elm və Təhsil Nazirliyi, eləcə də Mədəniyyət Nazirliyinin dəstəyi ilə Gəncə şəhərində “Parlayan ZİYA: təbliğat-təşviqat qrupu” layihəsi çərçivəsində əhali ilə ilk görüşlər keçirilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdir müavini Günel Nağdəliyeva AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, layihənin əsas məqsədi ölkənin tanınmış ziyalıları, elm, mədəniyyət, idman və din xadimlərini regionlara cəlb etməklə əhali ilə birbaşa ünsiyyət platforması yaratmaq, aktual sosial mövzular ətrafında fikir mübadiləsi aparmaq və gənc nəslin sağlam, savadlı, məsuliyyətli vətəndaş kimi formalaşmasına dəstək verməkdir.

İlk görüş Gəncə Şəhər İcra Hakimiyyətində bölgənin ziyalılarının iştirakı ilə keçirilib. Görüş zamanı region üzrə yerli əlaqələndirici şuranın yaradılması qərara alınıb.

Növbəti görüş Gəncə Dövlət Milli Dram teatrında geniş ictimaiyyət üçün təşkil olunub. Görüş zamanı ziyalılar öz təcrübələrinə əsaslanaraq bölgə üçün aktual mövzular ətrafında çıxış edib, iştirakçıların suallarını cavablandırıblar.

Tədbir konsert proqramı ilə davam edib.

Qeyd edək ki, “Parlayan ZİYA” layihəsinin gələcəkdə ölkənin digər regionlarında da mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır.

Müxbir - Elcan Məmmədov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
16
azertag.az

1Источники