RU

Azərbaycan–Səudiyyə Ərəbistanı iqtisadi əlaqələri yüksəlir-Fikrət Yusifov

 

Son illər Azərbaycan Yaxın Şərqdə yerləşən ərəb dünyası ölkələri ilə iqtisadi və ticarət əlaqələrini daha da genişləndirir. Bu sırada Azərbaycanla Səudiyyə Ərəbistanı arasında iqtisadi əlaqələrin yüksələn xətlə inkişaf etdiyi bildirilir.

Pravda.az-ın sabiq maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin rəhbəri Fikrət Yusifov QHT.az-a açıqlamasında  qeyd edib: “Bunu iki ölkə arasında artan xarici ticarət dövriyyəsi də sübut edir. Belə ki, 2025-ci ildə iki ölkə arasında xarici ticarət dövriyyəsi 2022-ci ildəki 22,9 milyon ABŞ dollarından 58,0 milyon dollara qədər artıb. Yəni 4 il ərzində iki ölkə arasında ticarət dövriyyəsi 2,5 dəfə artmışdır. Bu çox yaxşı ənənədir.”

Fikrət Yusifov əlavə edib: “Son illərdə Səudiyyə Ərəbistanı Azərbaycanda əsasən enerji, su infrastrukturu, kənd təsərrüfatı və turizm sahələrində layihələrə yatırımlar edibdir. Ümumi yanaşma daha çox strateji və uzunmüddətli layihələrə üstünlük təşkil edir. Məsələn, Səudiyyə Ərəbistanın ən böyük və ən fəal beynəlxalq enerji və su şirkəti olan ‘ACWA Power’ tərəfindən Azərbaycanda həyata keçirilən Xəzər dənizi suyun duzsuzlaşdırılması layihəsi unikal bir layihədir. Bu layihə son illərdə ölkədə ən böyük xarici investisiya layihələrindən biri hesab olunur.”

O, həmçinin proqnozlaşdırıb: “Hesab edirəm ki, ABŞ-la İran arasında bu gün yaşanan müharibə bitdikdən sonra Azərbaycanla Fars körfəzi ölkələri arasında əlaqələr daha da genişlənəcək və bu sırada Səudiyyə Ərəbistanı aparıcı ölkələrdən biri olacaqdır.”

Zəhra Ağayeva

Избранный
26
qht.az

1Источники