RU

4500 manat maaşa çoban axtarılır - İşləmək istəyən YOXDUR - VİDEO

Patnos rayonunda heyvandarlıqla məşğul olan fermerlər ciddi problemlə üzləşiblər.

Milli.Az xəbər verir ki, bölgədə çoban tapmaq getdikcə çətinləşir. Hətta mövsümlük əmək haqqının 100-120 min TL-yə qədər (4 min 574 manat) yüksəlməsinə baxmayaraq, bu sahəyə maraq azalıb.

Fermerlər bildirir ki, əsas səbəb gənclərin kənd həyatından uzaqlaşaraq şəhərlərə üz tutmasıdır. Onların sözlərinə görə, yüksək maaş belə gəncləri bu peşəyə cəlb etmir.

"Gənclər daha rahat həyat axtarır, şəhər həyatını seçir", - deyə fermerlər qeyd ediblər.

Qeyd olunur ki, çoban çatışmazlığı heyvandarlıq sektoruna da mənfi təsir göstərir və bu vəziyyətin davam etməsi gələcəkdə daha böyük problemlərə səbəb ola bilər.

Məsələ sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər gənclərin seçimlərini haqlı saysa da, digərləri kənd təsərrüfatının bu cür diqqətdən kənarda qalmasını narahatlıq doğuran hal kimi qiymətləndiriblər.

Hüseyn
Milli.Az

Избранный
30
1
milli.az

2Источники