ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.
Paytaxtın Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində dayanma-durma qaydasını pozan sürücü lentə alınıb. Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “İnstagram” ünvanına video göndərərək məlumat verib.
Hadisə aprelin 5-də saat 18:21 radələrində Dadaş Bünyadzadə küçəsində qeydə alınıb.
Videodan görünür ki, 99-YB-302 dövlət nömrə nişanlı “GAC” markalı avtomobil yeraltı parkinqin girişində saxlanılıb.
Şikayətçi bildirib ki, qarajın qapısını açarkən avtomobilin qarşısını kəsdiyini görüb, lakin sürücü sükan arxasında olmayıb: “Yarım saata yaxın ərazidə gözlədim, amma avtomobilin sahibi tapılmadı. Nəticədə qaraja girə bilmədiyim üçün geri qayıtdım. Axşam qayıdanda maşın artıq orada yox idi,” – deyə sakin əlavə edib.
Nərmin
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.