RU

Qayda pozan sürücü səhvi boynundan atdı: Yol mənimdir VİDEO

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

Xırdalan şəhərində yol hərəkəti qaydasını pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə Mehdi Hüseynzadə küçəsilə Heydər Əliyev prospektinin kəsişməsində qeydə alınıb. Belə ki, 99-OV-103 qeydiyyat nişanlı "Daewoo" markalı avtomobilin sürücüsü sola dönən zaman qarşıdan gələn avtomobilin yoluna çıxıb. Qəza olacağını görən sürücü sərt tormoz verərək dayansa da, əl hərəkətləri ilə narazılığını bildirməyə başlayıb. O, görüntünü qeydə alan avtomobilin sürücüsünə "yol mənimdir" deyərək əsassız irad bildirib.

"Yol hərəkəti haqqında" qanunun 76-cı maddəsində qeyd olunub ki, sürücü svetoforun yaşıl işığında sola vəya geriyə dönərkən, qarşıdan düzünə və ya sağa gedən nəqliyyat vasitələrinə yol verməlidir.

Fərid

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
29
avtosfer.az

1Источники