RU

Eslami: İran nüvə proqramını məhdudlaşdırmayacaq

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Rəqibləri nə qədər tələb etsələr də, İran uranın zənginləşdirilməsini məhdudlaşdırmayacaq".

"Cebheinfo.az" "İRNA"ya istinadən xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri Məhəmməd Eslami deyib.

O,  bildirib ki, düşmənlərin uranın zənginləşdirilməsi proqramını məhdudlaşdırmaqla bağlı bəyanatları və tələbləri sadəcə dəfn ediləcək arzulardır.

"İranın nüvə proqramını məhdudlaşdırmağa yönəlmiş bütün hərəkətləri, o cümlədən ölkə ərazisinə zərbələr heç bir nəticə verməyib", - deyə Eslami vurğulayıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Tehranla atəşkəs razılaşması fonunda İranın uranı zənginləşdirməyə başlamayacağını açıqlamışdı. Onun sözlərinə görə, Vaşinqton nüvə obyektlərindən uran ehtiyatlarını çıxarmaq üçün Tehranla əməkdaşlıq edəcək.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
7
2
cebheinfo.az

3Источники