“Bavariya”nın yarımmüdafiəçisi Leon Qoretzka karyerasını italiya a seriyasında davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu transfer etmək istəyən “Milan” artıq ona illik 5 milyon avro maaşla 3 illik müqavilə təklif edib.
31 yaşlı futbolçunun “Bavariya” ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir. O, bu mövsüm 39 oyunda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.