RU

Azərbaycanın və Belarusun səfirləri "GAZ" və "MAZ" arasındakı yeni sazişi yüksək qiymətləndiriblər (FOTO)

Minsk. Trend:

Azərbaycanın və Belarusun səfirləri Minsk Avtomobil Zavodunun(MAZ) şassisi əsasında Gəncə Avtomobil Zavodunda (GAZ) yenikommunal texnika partiyasının (100 ədəd) yığılmasına dair sazişinimzalanmasını yüksək qiymətləndiriblər.

Trend-in xüsusimüxbiri xəbər verir ki, saziş Belarus Prezidenti AleksandrLukaşenkonun Azərbaycana dövlət səfəri zamanı Prezident İlhamƏliyev və Prezident Aleksandr Lukaşenko tərəfindən verilmiştapşırıqların icrası çərçivəsində imzalanıb.

Sənədi “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin MüşahidəŞurasının sədri, Azərbaycan Milli Məclisinin deputatı XanlarFətiyev və “MAZ” ASC-nin baş direktoru Valeri İvankoviçimzalayıblar. "Gəncə Avtomobil Zavodu" ilə "Minsk Avtomobil Zavodu"arasında əməkdaşlıq Prezident İlham Əliyev və Prezident AleksandrLukaşenko tərəfindən qurulmuş Azərbaycan–Belarus ikitərəfliiqtisadi əlaqələrinin genişləndirilməsi və möhkəmləndirilməsinəyönəlib.

Azərbaycanın Belarusdakı səfiri Məhərrəm Əliyev Trend-ə müsahibəsindəölkələr arasında münasibətlərin yüksək səviyyədə olduğunu vəiqtisadi əməkdaşlığın genişləndirilməsinin vacibliyinivurğulayıb.

“Hazırda qarşımızda Prezident İlham Əliyevin tapşırıqlarınauyğun olaraq iqtisadi əməkdaşlığı bir milyard manata çatdırmaqvəzifəsi dayanır. "GAZ" ilə "MAZ" arasında yeni saziş ölkələrarasında iqtisadi əlaqələrin inkişafına öz töhfəsini verəcək.Dövlət başçıları və xalqlarımız arasında mövcud olan istimünasibətlər bütün sahələrdə, o cümlədən mədəniyyət və turizmsahələrində əlaqələrin inkişafına təkan verir”, – deyə diplomatikmissiyanın rəhbəri qeyd edib.

Belarusun Azərbaycandakı səfiri Dmitri Pineviç isə Trend-ə müsahibəsindəuzunmüddətli əməkdaşlığın səmərəliliyini və iqtisadi sahədə birgəfəaliyyətin əhəmiyyətini vurğulayıb.

“Bu günün trendi müxtəlif sahələrdə - sənaye, maşınqayırma, kəndtəsərrüfatı, müasir texnologiyalar və təhsil proqramları üzrə birgəmüəssisələrin yaradılması və kooperasiyanın genişləndirilməsidir."GAZ" ilə "MAZ" arasında yeni saziş ölkələr arasında sənayekooperasiyasının inkişafında, dövlət başçılarımızın qarşılıqlıfaydalı iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlıtapşırıqlarının yerinə yetirilməsində mühüm komponentdir”, – deyədiplomatik missiyanın rəhbəri bildirib.

Xatırladaq ki, 2026-cı il martın 2-də "GAZ" ilə "MAZ" arasındaəməkdaşlıq çərçivəsində istehsal olunan kommunal maşınların ilkpartiyası Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunub.Prezidenti İlham Əliyev tərəfindən verilən yüksək qiymətmüəssisələr arasında əməkdaşlığın genişləndirilməsinə və yenimüqavilənin bağlanmasına stimul olub.

Kommunal texnika Gəncədə hazırlanıb yığılmış müasiravadanlıqlarla təchiz olunur. Bu texnika respublikanın bütünərazisində şəhər infrastrukturuna xidmət göstərmək üçün nəzərdətutulub. Layihə ölkənin kommunal texnika parkının yenilənməsinətöhfə verir.

Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Azərbaycanın
Избранный
15
az.trend.az

1Источники