RU

Hamiləlikdə nə qədər çəki alınmalıdır?

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hamiləlik dövründə çəki artımı ana və körpənin sağlam inkişafı üçün vacibdir.

Lakin bu artım hər kəsdə eyni olmur və qadının hamiləlikdən əvvəlki bədən kütlə indeksinə uyğun şəkildə dəyişə bilər.

Mütəxəssislər bildirir ki, hamiləlik müddətində çəkinin nəzarətli və mərhələli şəkildə artması həm ana, həm də körpə üçün daha sağlam hesab olunur.

“Cebheinfo.az” xəbər verir ki, TƏBİB məlumat verir. Bildirilib ki, ümumiyyətlə normal çəki ilə hamiləliyə başlayan qadınlarda ümumi çəki artımı təxminən 10–15 kq arası ola bilər. Bu artımın böyük hissəsi hamiləliyin ikinci və üçüncü trimestrlərində baş verir.

Çəkinin həddindən artıq artması hamiləlik diabeti və yüksək təzyiq kimi riskləri artıra bilər, az artması isə körpənin inkişafına təsir göstərə bilər.

Bu səbəbdən hamiləlik dövründə: balanslı və müxtəlif qidalanmaya diqqət etmək; kifayət qədər su qəbul etmək; həkim məsləhətinə uyğun fiziki aktiv olmaq; çəki artımını mütəmadi olaraq izləmək və həkimlə məsləhətləşmək vacib hesab olunur.

Gülər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
14
1
cebheinfo.az

2Источники