RU

ABŞ-də təyyarə qəzası baş verib, ölənlər var

ABŞ-nin Arizona ştatındakı kiçik bir hava limanında təyyarənin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

Bu barədə Marana şəhərinin meri Con Posta istinadən "NBC news" məlumat yayıb.

O qeyd edib ki, hazırda həlak olanların demək olar ki, hamısının meyitləri ailələrinə təhvil verilib.

Onun sözlərinə görə, təyyarə uçuş-enmə zolağından kənara çıxaraq alışıb.

Şəhər rəhbərliyinin nümayəndəsi Vik Heteuey təyyarənin göyərtəsində iki nəfərin olduğunu bildirib. Onların kimliyi müəyyənləşdirilməyib.

Marana polisinin məlumatına görə, insident zamanı digər hava gəmilərinə ziyan dəyməyib.

Избранный
5
news365.az

1Источники