UEFA çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində bu gecə Parisdə "Liverpul"u 2:0 hesabı ilə məğlub edən PSJ-nin cinah hücumçusu Xviça Kvaratsxeliya qələbəni dəyərləndirib.
Fanat.Az xəbər verir ki, matçın 65-ci dəqiqəsində komandasının ikinci qoluna imza atan gürcü futbolçunun sözlərini "Footmercato" belə çatdırıb:
"Məncə, fərqlənmək üçün şanslarımız çox oldu. Daha çox qol vurmalıydıq. Ancaq bu nəticənin də yaxşı olduğunu düşünürəm. İndi "Enfild"dəki inanılmaz ab-havada keçirəcəyimiz ikinci qarşılaşmaya hazırlaşmalıyıq. Hazılığa elə bu gündən başlayacağıq".
Tərəflərin cavab görüşü aprelin 14-də baş tutacaq.
Toğrul