RU

Altı məhbusun “vaqon qaçışı”nın TƏFƏRRÜATLARI: Biri YARALIDIR

Çuvaşiyada qaçan 6 məhbus hələ də tapılmayıb.

İnterpress.az xəbər verir ki, bu barədə rus mətbuatı məlumat yayıb.

Çuvaşiyada “Tomsk-Adler” qatarının xüsusi vaqonundan qaçan 6 məhbusun axtarışları davam edir.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, məhbuslar vaqonun şüşəsini sındıraraq qatarın iki dəqiqəlik dayanacağı zaman qaçmağa müvəffəq olublar.

Qaçışın iki qrup halında – hər vaqondan üç nəfər olmaqla həyata keçirildiyi bildirilir. Qaçanlardan beşinin ayağında ev başmaqları, birinin isə krossovka olduğu müəyyən edilib.

Həmçinin, məhbuslardan birinin qaçarkən ayağını ciddi şəkildə burxulduğu və hazırda axsaya-axsaya hərəkət etdiyi qeyd olunur.

Qaçış faktını qatarın maşinisti aşkarlayaraq dərhal əməliyyat xidmətlərinə məlumat verib.

Hüquq-mühafizə orqanları ətraf qəsəbələrdə, o cümlədən mikrorayonda intensiv axtarışlar aparsalar da, hələlik heç bir nəticə əldə edilməyib.

Mediada yayılan məhbuslardan birinin tutulması barədə məlumatlar isə rəsmi olaraq təkzib edilib.

Məlumata görə, qaçan şəxslər oğurluq, narkotik vasitələrin dövriyyəsi və cinsi xarakterli cinayətlərə görə məhkum edilmiş şəxslərdir.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
8
interpress.az

1Источники