Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibləri olan Litva və Lixtenşteyn məğlub ediləcək komandalardır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə deyib.
O, Azərbaycan yığmasının C Liqasına yüksəlmək şansının olduğunu qeyd edib: "Amma indi milli komandalardan böyük nəticələr gözləmirəm. Açıq deyim, bizim yığmamız o vaxt güclü olacaq ki, futbolçularımız Avropanın böyük komandalarında çıxış edəcəklər”.
Qeyd edək ki, Azərbaycan yığması D Liqasının 2-ci qrupunda Litva və Lixtenşteyn yığmaları ilə qarşılaşacaq. Millətlər Liqasında yeni mövsümə bu ilin sentyabr ayında start veriləcək.