RU

Nikol Paşinyanın “şaurma” görüntüsü MÜZAKİRƏ YARATDI – VİDEO

Nikol Paşinyan Türkiyəyə xas dönərlə görüntülənib.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Ermənistanın Baş naziri Nikol Paşinyanın gündəlik həyatı və qida rasionu sosial şəbəkələrin maraq obyektinə çevrilib.

Paşinyanın türk mətbəxinə aid dönərlə (şaurma) görüntülənməsi diqqət çəkib.

Məlumata görə, həyat yoldaşı Anna Akopyanla ayrılıq xəbərlərindən sonra Paşinyan tez-tez şəhərdəki yeməkxana və kafelərdə görüntülənir.

Sosial şəbəkə istifadəçiləri və yerli media onun bu addımlarını şəxsi həyatında baş verən dəyişikliklərlə əlaqələndirirlər.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
4
interpress.az

1Источники