RU

Pakistan ABŞ-İran danışıqlarından əvvəl əlavə təhlükəsizlik tədbirləri tətbiq edir  

Pakistan hakimiyyəti gözlənilən ABŞ-İran danışıqlarının təhlükəsizliyini təmin etmək üçün İslamabad və Ravalpindi şəhərlərində əlavə tətil elan etmək qərarına gəlib.

“Dawn” qəzetinin məlumatına görə, 9 və 10 aprel tarixləri vacib xidmətlər və müəssisələr istisna olmaqla, bütün xidmətlər və müəssisələr üçün tətil elan edilib.

Hakimiyyət orqanları həftəsonu küçələrdə polisin sayını əhəmiyyətli dərəcədə artırıb və nümayəndə heyətlərinin qalacağı gözlənilən otelin ərazisində gücləndirilmiş təhlükəsizlik tədbirlərinin tətbiq olunduğu "qırmızı zona" yaradıb.

Mənbələr danışıqlar zamanı İslamabadın bəzi girişlərinin bağlanacağını bildiriblər.

Daha əvvəl İranın Pakistandakı səfiri Rza Əmiri Moqadam İran nümayəndə heyətinin cümə axşamı İslamabada gələcəyini açıqlayıb.

ABŞ və İran arasında danışıqların ilk mərhələsinin  aprelin 10-da Pakistanın paytaxtında keçirilməsi gözlənilir.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Избранный
22
azerbaijan-news.az

1Источники