RU

“Rabitəbank”ın törəmə şirkətinin rəhbərliyinə təyinat olub

“Rabitəbank” ASC-nin “Capital Partners İnvestisiya Şirkəti” QSC-nin Müşahidə Şurasına yeni üzv seçilib.

Banker.az xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarı ilə Aslan Xasıyev Tarqulu oğlu vəzifəsindən azad edilərək onun yerinə Rəşad Abasov Səməndər oğlu təyin edilib.

Rəşad Abasov 19 oktyabr 1979-cu ildə Quba şəhərində anadan olub.

2000-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının “Mühəndis iqtisadiyyatı və idarə etməsi” fakultəsi üzrə bakalavr, 2002-ci ildə isə həmin fakultə üzrə Magistr dərəcələrini “fərqlənmə” ilə bitirib. Həmçinin, 2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetində “Maliyyə və Kredit” ixtisası üzrə aldığı təhsili də “fərqlənmə” ilə başa vurmuşdur.

2002-2004-cü illərdə “BUS” Bankında müxtəlif vəzifələrdə çalışmışdır.

2004-2012-ci illərdə “Rabitəbank” ASC-nın “Daxili Audit” bölməsində müxtəlif vəzifələrdə çalışıb. 2012-ci ildən isə “Daxili audit” departamentinin direktoru vəzifəsinə təyin edilmişdir.

2018-ci ildən hal-hazıradək “Rabitəbank” ASC-də Audit Komitəsinin Sədri vəzifəsində çalışır.

2024-cü ilin may ayından etibarən, həmçinin bankın Müşahidə Şurasının üzvüdür.

Qeyd edək ki, “Rabitəbank” ASC səhmdarlarının Ümumi Yığıncağının növbədənkənar iclası 12 fevral 2026-cı il tarixində keçirilmiş, iclasda “Capital Partners” İnvestisiya Şirkətinin Müşahidə Şurasının tərkibinin təsdiqi müzakirə olunmuşdu.

Избранный
20
banker.az

1Источники