RU

Yasamalda 3 nəfərin ölümünə səbəb olan yanğında daha bir şirkətin təqsiri müəyyənləşib

Yasamalda 3 nəfərin ölümünə səbəb olan yanğında daha bir şirkətin təqsiri müəyyənləşib

Ötən ilin noyabrında Yasamalda baş verən və 3 nəfərin ölümünə səbəb olan yanğında daha bir şirkətin təqsiri müəyyən edilib.

AFN.az-ın xəbərinə görə, bu barədə sözügedən faciədə həyatını itirən 7 yaşlı Arzu Qəmbərlinin atası, tanınmış vəkil Əli Qəmbərov məlumat yayıb. Onun sözlərinə görə, qızının ölümü ilə bağlı ekspertizanın rəsmi rəyi artıq hazırdır.

“Məlumatınız olsun ki, müvafiq ekspertiza rəyinə əsasən, baş vermiş yanğın nəticəsində azyaşlı qızımın ölümündə “Loft” klinikası ilə yanaşı, “ivolt.az” şirkətinin də təqsiri müəyyən edilib. Madam ki, bu məsələ ilə bağlı ekspertizanın müvafiq rəyi mövcuddur, bəs hansı səbəbdən bu şirkətin rəhbər şəxsləri bu günə qədər məsuliyyətə cəlb olunmayıblar?” — deyə vəkil sual edib.

Xatırladaq ki, paytaxtda ötən ilin noyabrında çoxmərtəbəli yaşayış binasında baş verən dəhşətli yanğında 3 nəfər həlak olmuş, 27 nəfər isə müxtəlif dərəcəli xəsarətlər almışdı. Hazırda istintaq prosesi davam edir və zərərçəkmiş tərəf təqsirkar şəxslərin cəzalandırılmasını tələb edir.

Избранный
2
5
afn.az

6Источники