RU

Tovuzda bir ailə üç uşağından imtina etdi

Tovuz rayonunda valideynlər üç övladından imtina ediblər.

AzEdu.az "Teleqraf"a istinadən xəbər verir ki, ailəsinin imtina etdiyi üç oğlan uşağı polisin nəzarəti altında Rayon Mərkəzi Xəstəxanasına gətirilərək tibb müəssisəsinə yerləşdirilib.

Qeyd olunub ki, valideynləri uşaqların dövlətin himayəsinə verilməsini istəyir. Həmin uşaqlar İ.Ələsgərov (2024), İ.Ələsgərov (2019) və Y.Ələsgərovdur (2018).

Uşaqların anasında psixi pozulma olduğu üçün valideynlər onlara baxmaq imkanında deyil.

Избранный
30
18
azedu.az

10Источники