Bakı. Trend:
Qazaxıstan və başqa ölkələr TRIPP (Sülh və Rifah Naminə TrampMarşrutu) layihəsi ilə maraqlanır.
Trend erməni KİV-əistinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri NikolPaşinyan jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, beynəlxalq kommunikasiyalar üçün yenimarşrut açılacaq və Qazaxıstan beynəlxalq nəqliyyat sektorunun əsasoyunçularından və iştirakçılarından biridir.
“Qazaxıstan bu mövzu ilə maraqlanan yeganə ölkə deyil. Bir çoxölkələr buna (Sülh və Rifah Naminə Tramp Marşrutuna) maraqgöstərir. Proses açıq şəkildə gedir və biz bunu tərəfdaşlarımızdangizlətmək niyyətində deyilik. Təbii ki, biz Qazaxıstanı Ermənistanüzərindən tranzit marşrutlardan istifadə etməyə dəvət etməliyik ki,onları ixrac, idxal və təqdim olunan nəqliyyat xidmətlərizəncirində nəzərdən keçirsinlər”, - deyə Paşinyan bildirib.