RU

Yekaterinqurqdakı diasporumuz kimsəsiz soydaşlarımızı unutmadı - FOTOLAR

Rusiyanın Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində fəaliyyət göstərən Regionlararası İctimai Təşkilat - “Azərbaycan-Ural İttifaqı” Milli-Mədəni Cəmiyyəti növbəti sosial təşəbbüsü ilə diqqət mərkəzinə düşüb.

Bakıvaxtı.az xəbər verir ki, cəmiyyətin nümayəndələri Yekaterinburqun Orconikidze rayonunda yerləşən “Malaxit” Yaşlılar üçün Reabilitasiya Mərkəzində müalicə alan kimsəsiz azərbaycanlılara baş çəkiblər. Ziyarətin əsas məqsədi həmvətənlərin səhhəti ilə maraqlanmaq, onlara mənəvi dəstək göstərmək və sosial diqqəti artırmaq olub.

Cəmiyyətin sədri, ehtiyatda olan polkovnik Kərim Qasımov mərkəzdə müalicə alan soydaşlarımızla görüşərək onların vəziyyəti, göstərilən tibbi xidmətin səviyyəsi və gündəlik qayğıları ilə yaxından tanış olub. O, həmçinin mərkəzin əməkdaşları ilə söhbət edərək burada yaradılan şərait və sosial xidmətlərin təşkili barədə məlumat alıb.

Mərkəzdə illərdi müalicə alan soydaşlarımız Canpolad Qəmbərov, Vidadi Quliyev indiyədək onlara kimsənin baş çəkmədiyini, bu ziyarəti sevinclə qarşıladıqlarını bildiriblər.

“Azərbaycan-Ural İttifaqı” Milli-Mədəni Cəmiyyəti tərəfindən həyata keçirilən bu kimi təşəbbüslər xaricdə yaşayan azərbaycanlılarla əlaqələrin möhkəmləndirilməsi, onların sosial rifahının yaxşılaşdırılması və milli həmrəyliyin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Murad Məmmədli

Избранный
10
1
bakivaxti.az

2Источники