Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Qazaxıstan “Tramp yolu” layihəsinə maraq göstərir.
Axar.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Avqust ayından bəri Qazaxıstan “Tramp yolu”na olan marağını gizlətməyib. Bilirsiniz ki, Qazaxıstan beynəlxalq nəqliyyat sektorunda, xüsusən də Çindən və Çinə mal axını baxımından ən böyük oyunçulardan biridir. Qazaxıstandakı tərəfdaşlarımız hansı nəqliyyat imkanlarının açıldığını və onlara necə təsir edəcəyini daha ətraflı anlamağa çalışırlar”, - o bildirib.
Paşinyan qeyd edib ki, Qazaxıstan layihəyə maraq göstərən yeganə ölkə deyil:
“Bu, açıq bir prosesdir və biz bunu tərəfdaşlarımızdan gizlətməyi düşünmürük, təbii ki, biz Qazaxıstanı ixrac, idxal və nəqliyyat zəncirinin bir hissəsi kimi nəzərdən keçirmək üçün Ermənistandan keçən marşrutlardan istifadəyə dəvət etməyə də hazır olmalıyıq”.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.