RU

“AYNA MaaS”da funksional yeniliklər tətbiq edilib

“AYNA
Nəqliyyat növlərindən istifadə ilə bağlı seçim imkanlarının təmin edilməsi, xidmətlərin əlçatanlığının və vətəndaşların istifadə təcrübəsinin daha da artırılması məqsədilə “AYNA MaaS” mobil tətbiqinin yenilənmiş versiyasında bir sıra funksional təkmilləşdirmələr həyata keçirilib. 1news.az xəbər verir ki, tətbiqdə avtobusların xəritə üzərində canlı hərəkət ikonları yenilənib, hərəkət təcrübəsi daha real və axıcı şəkildə optimallaşdırılıb. Həmçinin gəliş vaxtı (ETA) funksionallığında təkmilləşdirmələr aparılaraq, avtobusların gəlib çatmasa daha dəqiq göstərilir. Planlaşdırılan səfərlərin ayrıca bölmə kimi təqdim olunması təmin edilib və səfərlərin planlaşdırılmasında da təkmilləşdirmə işləri görülüb.
Bundan sonra sərnişinlərin təklif və şikayətləri aidiyyəti üzrə yönləndirildikdə, müraciətlər mobil tətbiq daxilində araşdırılaraq cavablandırılacaq və cavablar “Bildirişlər” bölməsində əks olunacaq. İstifadəçilər mobil tətbiq vasitəsilə Çağrı Mərkəzinə birbaşa zəng imkanı da əldə ediblər. Həmçinin, qeydiyyat prosesində istifadəçi təcrübəsinin təkmilləşdirilməsi məqsədilə alternativ giriş üsulları (Google və Apple ID) təqdim olunub. Bundan sonra istifadəçilər GPS funksiyasını aktiv saxlamadan da səfər planlaması həyata keçirə biləcəklər. Yeniliklərdən biri də xəritə üzərində mikromobillik istifadəçiləri üçün xüsusi zolaqların təqdim edilməsidir. Yeni versiyada dayanacaqların digər MaaS istifadəçiləri ilə link vasitəsilə paylaşılması və həmin dayanacaqlardan birbaşa səfər planlanması mümkün olub. Nəqliyyat Mübadilə Mərkəzi dayanacaqları isə müxtəlif rənglərlə vizual olaraq fərqləndirilib. Tətbiqdə “Seçilmişlər” (Favorites) bölməsi də yenilənib. Bu bölmə daxilində dayanacaqlar, marşrutlar və səfərlər ayrıca kateqoriyalar üzrə saxlanıla biləcək. İstifadəçilər ünvanları fərdiləşdirməklə daha sürətli səfər planlaması həyata keçirə biləcəklər. Yeniliklər çərçivəsində daşıyıcı məlumatı, tariflər, dayanacaq siyahısı və s. daxil olmaqla, marşrut xətləri haqqında informativ məlumatlar əlavə olunub.

Qeyd edək ki, “AYNA MaaS” tətbiqi istifadəçilərin istəkləri əsasında daim təkmilləşdirilir. İstifadəçilər təklif və iradlarını birbaşa tətbiqdən göndərə bilərlər. Mobil tətbiqi həm App Store, həm də Google Play Store-dan yükləmək mümkündür.

Избранный
20
3
1news.az

4Источники