RU

İran gəmilər üçün minalara qarşı alternativ marşrut elan etdi

İran gəmilər üçün minalara qarşı alternativ marşrut elan etdi

İran Limanlar və Dənizçilik İdarəsi Hörmüz boğazından keçməyi planlaşdıran gəmilərdən dəniz minaları ilə toqquşma riskinə qarşı İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri ilə koordinasiya yaratmalarını istəyib.

AFN.az xəbər verir ki, İran dövlət televiziyası Limanlar və Dənizçilik İdarəsinin Fars körfəzində keçid gözləyən gəmilərlə bağlı yaydığı rəsmi bəyanatı təqdim edib. Açıqlamada dənizçilik təhlükəsizliyinin təmin edilməsi və ehtimal olunan minalarla təmasın qarşısının alınması məqsədilə növbəti bildirişə qədər SEPAH ilə koordinasiyalı şəkildə xüsusi xəritədə göstərilən alternativ marşrutlardan istifadə edilməsinin zəruriliyi vurğulanıb.

Müəyyən edilmiş plana əsasən, boğaza giriş marşrutu Oman dənizindən şimala doğru irəliləyərək Larek adası yaxınlığından keçməklə Fars körfəzi istiqamətində, çıxış marşrutu isə körfəzdən başlayaraq sözügedən adanın cənubundan keçib Oman dənizinə doğru davam etmək şəklində müəyyən olunub.

SEPAH-a yaxınlığı ilə tanınan "Fars" xəbər agentliyi ABŞ və İran arasında əldə olunan müvəqqəti atəşkəsdən sonra gəmilərin hərəkəti üçün açılacağı gözlənilən Hörmüz boğazının İsrailin Livana hücumları səbəbindən bağlı qaldığını xatırladıb. "Tesnim" agentliyi isə atəşkəs dövründə İran Silahlı Qüvvələrinin icazəsi olmadan boğazdan keçidin mümkün olmayacağını, hazırda bir çox gəminin hələ də bölgəni tərk edə bilməyərək orada qaldığını bildirib.

Избранный
36
afn.az

1Источники