Harri Maquayr “Mançester Yunayted”lə müqaviləsini 2028-ci ilin iyununa qədər uzatmaq niyyətindədir.
İdmanxeber.az-ın məlumatına görə, 33 yaşlı müdafiəçi komandada qalmaq üçün maaşının azaldılmasına razılaşıb və “İnter Mayami” də daxil olmaqla digər təklifləri geri çevirib.
Qeyd edək ki, o, 2019-cu ildə “Lester Siti”dən “Mançester Yunayted”ə transfer olunub.