RU

Cənubi Qafqazın təhlükəsizliyi istiqamətində birgə addımların atılması dövrü başlayır”

Xalqcebhesi portalından alınan məlumata görə, ain.az xəbər verir.

“2010-cu illərdə Ərəb baharı adı ilə başlayan Yaxın Şərqdə uzun illər mövcud olan rejimlərin bir-birinin ardınca düşməsi və bu mərhələnin də olduqca qanlı-qadalı bir müddətdən keçməsi hazırkı dünyada təhlükəsizliyi və sabitliyi ciddi bir təhdid halına gətirib. Xüsusilə də günümüzdə 4 ildən artıqdır davam edən Rusiyanın Ukraynaya qarşı işğalçılıq siyasətinin hələ də sonunun görünməməsi, son 1 ayda Yaxın Şərqdə İrana qarşı ABŞ və İsrailin başlatmış olduğu müharibənin də dalana dirənmiş vəziyyətdə görünməsi fonunda Azərbaycanın 30 ildən artıq işğalda qalan Qarabağ və ətraf 7 rayonunun 44 günlük Vətən müharibəsi və ardınca da 2023-cü ildə 1 sutkadan az müddətdə başa çatan antiterror tədbirləri ilə yekunlaşması ən yeni tarixdə tayı-bərabəri olmayan mütləq bir qələbə kimi nümunə olaraq göstərilə bilər”.

Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib.

O vurğulayıb ki, heç şübhəsiz ki, bu tarixi zəfərin qazanılmasında Azərbaycan Silahlı Qüvvələrinin misilsiz xidmətləri olub: “Amma qələbə təkcə döyüş səhnəsində əldə edilmir, burada müharibənin fonu da olduqca vacib faktordur. Hesab edirəm ki, bu istiqamətdə Azərbaycanın dövlət başçısı cənab İlham Əliyevin həm uzunmüddətli ordu quruculuğu və son illər Azərbaycan Silahlı Qüvvələrinin hərbi büdcəsinin Ermənistanın ümumi dövlət büdcəsinə bərabərləşdirilməsi istiqamətində apardığı ardıcıl və qətiyyətli siyasət, o cümlədən Azərbaycan Ordusunun hərbi arsenalının dünyanın ən aparıcı, ən qabaqcıl hərbi silah-sursatı ilə zənginləşdirilməsi, xüsusilə də qardaş Türkiyədən alınan yeni nəsil dronlar, o cümlədən İsrailin hava hücumundan müdafiə sistemləri və digər qabaqcıl texnologiyaların Azərbaycan Ordusunun arsenalına cəlb olunması və bu yeni texnologiyadan peşəkar sürətdə istifadə edən Azərbaycan hərbçilərinin döyüş hazırlığının yüksəldilməsi, döyüş hazırlığı ilə paralel olaraq həm də ordunun mənəvi-psixoloji ruh yüksəkliyinin təmin edilməsi 44 günlük Vətən müharibəsinin son dərəcə mühüm bir komponenti idi. Digər komponent isə Azərbaycanda 44 günlük Vətən müharibəsi dönəmində xalqla ordunun, xalqla prezidentin bir yumruq altında birləşməsi və ölkənin apardığı bu tarixi müharibəyə ümummilli mövqeyin nümayiş etdirilməsi idi”.

T.Əliyev bildirib ki, burada vacib bir istiqamət heç şübhəsiz ki, həmin dövrdə dövlət başçısının Azərbaycan diplomatiyasının və dünyada Azərbaycan əleyhinə olan informasiya blokadasının yarılması istiqamətindəki fəaliyyəti nəzərdən qaçmamalıdır: “44 gün müddətində Azərbaycan Silahlı Qüvvələri hər gün yeni bir yaşayış məntəqəsinin işğaldan azad olunmasını Azərbaycan xalqına müjdələyirdisə, həmin mərhələdə də Azərbaycan Prezidenti xüsusilə də Azərbaycanın dostu olmayan ölkələr başda olmaqla, dünya mediasının, Rusiya və Qərb mediasının, o cümlədən dost-qardaş Türkiyə mediasının aparıcı təmsilçiləri ilə birbaşa müsahibələr təşkil etməklə Azərbaycanın haqq savaşı barəsində dünyada obyektiv və dolğun bir ictimai rəyin formalaşması missiyasını öz üzərinə götürmüşdü”.

Onun sözlərinə görə, bu gün Azərbaycanın 44 günlük Vətən müharibəsində, o cümlədən antiterror tədbirlərində qazandığı nailiyyətin biz praktik bəhrəsini müharibə bitdikdən sonra Ermənistanla aparılan birbaşa danışıqlarda məhz Azərbaycan tərəfinin təqdim etdiyi 5 baza prinsipi əsasında yekun məntiqi mərhələsinə gəlib çatmasını qeyd edə bilərik: “Keçən ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidneti ilə Erməistan Baş nazirinin imzalandığı ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə sülhün paraflanması sənədi və Cənubi Qafqaza yeni təhlükəsiz və əməkdaşlıq ruhunu gətirən bu anlaşma onu deməyə əsas verir ki, Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi Azərbaycanla Ermənistan arasında müharibə de-fakto başa çatıb. De-yure isə sülh sazişinin imzlanması ilə bu mərhələ yekunlaşmış olacaq. Biz qarşıda yeni bir mərhələ istiqamətində də addımların atıldığının şahid oluruq ki, Azərbaycanla Ermənistan arasında iqtisadi əməkdaşlığın dərinləşməsi ilə Cənubi Qafqazın təhlükəsizliyi istiqamətində birgə addımların atılması dövrü başlayır”.

Röya İsrafilova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
14
1
icma.az

2Источники