RU

“İmişli” “Qəbələ” önünə əsas qapıçısız çıxa bilər

“İmişli” Azərbaycan Premyer Liqasının 27-ci turunun “Qəbələ” ilə oyununa itki ilə çıxmaq ehtimalı yüksəkdir.

Msport.az xəbər verir ki, bölgə klubunun qolkiperi Andrey Sinenkanın əvvəlki turda “Turan-Tovuz”la görüşdə zədələndiyi üçün meydana çıxa bilməyəcəyi ehtimal olunur.

Belaruslu qapıçının həmin matça qədər zədəsini sağalda bilməyəcəyi gözlənilir.

“Qəbələ” – “İmişli” matçı aprelin 12-də Qəbələdə keçiriləcək və görüşə 15:30-da start veriləcək.

Избранный
14
2
msport.az

3Источники