RU

ABŞ NATO müttəfiqlərindən Hörmüz boğazı ilə bağlı planlar tələb edir

Bakı. Trend:

Vaşinqton NATO müttəfiqlərindən bir neçə gün ərzində Hörmüzboğazında gəmiçilik təhlükəsizliyinin təmin olunmasına dair konkretplanlar təqdim etmələrini xahiş edir.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, ABŞ-nin bəzi Avropa müttəfiqləri atəşkəs elanedildikdən sonra Hörmüz boğazının təhlükəsizliyini təmin etməyəhazır olduqlarını bildiriblər. Vaşinqton isə bu məsələ ilə bağlıonların konkret öhdəliklər götürməsini istəyir.

“Bloomberg” öz mənbələrinə istinadən yazır ki, bu tələb NATO-nunbaş katibi Mark Rüttenin yaxın günlərdə səfər etdiyi Ağ Evdə alyansnümayəndələri ilə aparılan danışıqlarda səsləndirilib. Agentliyinyazdığına görə, məsələ həmçinin Pentaqon və Dövlət DepartamentindəNATO rəsmiləri ilə keçirilən görüşlərdə də müzakirə olunub. Ağevin, eləcə də hər iki qurumun rəsmi nümayəndələri jurnalistlərinsorğularına cavab verməyiblər.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbiəməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, ocümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasındanqaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İranaendirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah ƏliXamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranınİnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavabəməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamandaballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatlarıilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman,Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq vədanışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik,müvəqqəti atəşkəs barədə razılığa gəliblər Məlumatlara görə,razılaşma Pakistanın vasitəçiliyi ilə əldə edilib. Əsas məqamlardanbiri İranın Hörmüz boğazını qlobal gəmiçilik üçün yenidən açmaqöhdəliyidir, eyni zamanda tərəflər hücumları dayandıraraqdanışıqlara hazırlaşırlar.

Məqalədə:
Избранный
15
az.trend.az

1Источники