RU

Yağış yolları “yuyub”: “Sürüşmə zonalarının aktivləşməsi ziyan vurub”

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bugünlərdə yağan güclü yağışlar paytaxtın bir sıra ərazilərində asfalt yollarda fəsadlar törədib. 

Bu problemlər hətta bəzi ərazilərdə alfalt yolların çökməsi ilə müşahidə olunub. Belə hadisələrdən biri kimi Qusar–Həzrə–Sudur avtomobil yolunun 15-ci kilometrliyində, Yasab kəndi ərazisində güclü yağıntılar nəticəsində sel suları yolun torpaq yatağını və suötürücü qurğuları yuyub. Nəticədə 2 ədəd qoşa boru yararsız vəziyyətə düşüb. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları dərhal əraziyə cəlb olunub, əlavə təhlükəsizlik tədbirləri görülüb. Hazırda qeyd olunan hissədə yolun bərpası işlərinə başlanılıb. Hərəkətin fasiləsizliyini təmin etmək məqsədilə müvəqqəti yolu tikilərək alternativ hərəkət təşkil olunub. 

Ümumilikdə məhz yağışla bağlı yol təsərrüfatına nə qədər ziyan dəyib və əsasən hansı ərazilərdədir?

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “Cebheinfo.az”-a bildirilib ki, ümumilikdə, yağıntıların təsiri nəticəsində avtomobil yollarına dəyən ziyanın dəqiq uzunluğu müəyyən edilməyib, çünki bu ziyan əsasən lokal xarakter daşıyır: 

“Daha çox dağlıq ərazilərdən keçən yollarda müşahidə olunan problemlər əsasən yolun çiyin hissələrinin yuyulması, bəzi hissələrdə isə hərəkət hissəsinə zərərin dəyməsi ilə bağlıdır. 

Bundan əlavə, ayrı-ayrı ərazilərdə sürüşmə zonalarının aktivləşməsi həmin zonalardan keçən avtomobil yollarına da müəyyən ziyan vurub. Hazırda agentliyimiz tərəfindən yaranmış fəsadların aradan qaldırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir”. 

Nigar Abdullayeva 

“Cebheinfo.az”

 

Açar sözlər:

yağış yollar

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
35
1
cebheinfo.az

2Источники