RU

Vaginaya salfet qoyan qadın ağır infeksiyaya yoluxdu VİDEO

Medicina portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Vaginaya yad cisimlərin daxil edilməsi düşündüyünüzdən daha ciddi nəticələrə səbəb ola bilər".

Medicina.az xəbər verir ki, bunu türkiyəli ginekoloq Mehmet Musa Aslan bildirib.

Uzman həkim qeyd edib ki, uzun müddətli axıntı və çanaq ağrısı ilə müraciət edən xəstələrdə, içəridə qalan sadə bir əşya belə bəzən ağır infeksiyaya və pis qoxuya səbəb ola bilər:

"Bu, vaginanın təbii florasını poza və prosesi tez bir zamanda xroniki hala gətirə bilər. İfrazatı "dayandırmaq" üçün vaginaya salfetlər və ya pambıq kimi materialların daxil edilməsi olduqca təhlükəlidir. Eynilə, gündəlik pedlərin uzunmüddətli və davamlı istifadəsi vaginal balansa mənfi təsir göstərər. Belə hallarda düzgün yanaşma lazımdır. Gigiyena qaydalarına diqqət yetirilməlidir. Lazım gələrsə, tez-tez alt paltarı dəyişdirilməlidir. Ən əsası, müvafiq müalicə almaq üçün həkimə müraciət etmək lazımdır. Unutmayın, hətta sadə görünən təcrübələr belə müalicə olunmazsa, ciddi infeksiyalara və ağırlaşmalara səbəb ola bilər".

View this post on Instagram

A post shared by Medicina.az (@medicina_az)

Aygün

Medicina.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
21
1
icma.az

2Источники