RU

“Şuşa” futzal komandasından rəhbərliyə xəbərdarlıq

ain.az, Idman.biz portalına istinadən məlumat yayır.

“Şuşa” komandasının üzvləri aylıq ödənişlər edilməyəcəyi təqdirdə futzal üzrə Azərbaycan Yüksək Liqasında növbəti - “Araz-Naxçıvan”a qarşı matça da çıxmayacaqlar.

Bunu komandanın baş məşqçisi Ramil Hüseynov deyib.

Mütəxəssis ötən tur U-19-a qarşı oyuna çıxmamalarına aydınlıq gətirib.

“Biz əslində oyuna getmişdik, hamımız “Olimpik Star”da idik. Sadəcə, meydana çıxmadıq. Çünki oyuna qədər maaşların veriləcəyi bildirilmişdi, amma olmadı. Biz də etirazımızı belə bildirdik. İndi məşqlərə qayıtmışıq, ümid edirik ki, yaxın günlərdə vədlər yerinə yetiriləcək. Ödənişlər olmasa, yenə oynamayacağıq. Əlimizdən gələn budur”, - deyə o, report.az-a açıqlamasında bildirib.

O, yaranmış vəziyyəti və son durumu dəyərləndirib:

“Dedilər ki, hazırlığa davam edin, ödənişlər yaxın günlərdə olunacaq. Əslində, üç aya yaxın idi məvacib ala bilmirdik, komanda buna etiraz olaraq meydana çıxmamışdı. Biz yüksək maaş almırıq ki, iki-üç ay ödəniş olmayanda uşaqlara təsir etməsin. Hamısı ailəli uşaqlardır”.

R.Hüseynov komandanın gələcək taleyi və növbəti oyunlara hazırlığı barədə bunları deyib:

“Növbəti oyuna çıxmaq ehtimalımız böyükdür. Vəd verdilər ki, məsələ həll olunacaq. 2021-ci ildən bu komandanı qurmuşuq, 5 ildir əziyyət çəkirik. Federasiyanın da bizə dəstəyi olub, amma söz verilib əməl olunmayanda adam pis vəziyyətdə qalır. Biz Şuşa adını idman sahəsində ucaltmaq istəyirik. İstəyirik ki, “Şuşa” da “Araz-Naxçıvan”, “Neftçi” İK kimi böyük arenalarda, Avropada oynasın. Amma hər şey büdcəyə bağlıdır”.

Qeyd edək ki, Şuşa təmsilçisi ötən tur U-19-la görüşdə meydana çıxmadığı üçün AFFA İntizam Komitəsi tərəfindən texniki məğlubiyyətlə (0:5) cəzalandırılıb. Komanda hazırda Yüksək Liqanın turnir cədvəlində 6 iştirakçı arasında 18 xalla dördüncüdür.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
23
icma.az

1Источники