RU

"Heç kimin başqa birinə “çox uşaq doğma” demək haqqı yoxdur"

ain.az xəbər verir, Bakupost saytına əsaslanaraq.

Tanınmış müğənni Murad Arif Sumqayıtda çoxuşaqlı ailədə baş verən faciəvi hadisə fonunda sosial şəbəkədə paylaşdığı statusla diqqət çəkib.

Bakupost.az xəbər verir ki, müğənni son günlər cəmiyyətin geniş müzakirə etdiyi – uşaqları dəm qazından zəhərlənən və övladının dəfnini canlı yayımlayan ata ilə bağlı fikirlərini bölüşüb.

Murad Arif bildirib ki, heç kimin başqa birinə “çox uşaq doğ” və ya “doğma” demək haqqı yoxdur:

“Bu, şəxsi seçimdir. Amma dövlət üçün məsələ başqadır – əhali artımı azalarsa, cəmiyyət qocalar, işçi qüvvəsi və vergi ödəyənlər azalır”.

Müğənni cəmiyyətdə bu mövzuda formalaşmış iki yanaşmanı da sərt tənqid edib.

Onun sözlərinə görə, “övladın ruzisini Allah yetirir” düşüncəsi reallıqla üst-üstə düşmür:

“Hər il dünyada təxminən 3 milyon uşaq qida çatışmazlığından ölür, 45 milyon uşaq ağır qidalanma problemi yaşayır. Bəs necə?”

Murad Arif həmçinin bəzi hallarda doğum artımının “şəhidlik perspektivi” ilə əsaslandırılmasını da qəbuledilməz sayıb:

“Öz övladına ölüm perspektivi kimi baxmaq olmaz. Adətən bunu deyənlər başqasının övladını nəzərdə tutur”.

Müğənni vurğulayıb ki, əsas məsələ sadəcə uşaq dünyaya gətirmək deyil, ona layiqli həyat təmin etməkdir:

“İnsan anlamalıdır ki, doğduğu can xoşbəxt olmalıdır. İsti yuva, şiddətsiz valideyn, tox qarın, sağlamlıq, təhsil, təhlükəsizlik… Bunlar yoxdursa – sadəcə uşaq yox, problem böyüdürsən”.

Elnur, BakuPost

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
37
www.bakupost.az

1Источники