RU

Çin Livanın suverenliyinə hörmət etməyə çağırır

ain.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Çin Livanın suverenliyinə və təhlükəsizliyinə edilən hücumlara etiraz edir. Bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq cümə axşamı brifinqdə bildirib.

Bu barədə TASS xəbər verib.  

Diplomat bildirib: “Livanın suverenliyi və təhlükəsizliyi pozulmamalı, mülki insanların həyatı və əmlakının təhlükəsizliyi təmin edilməlidir. Çin müvafiq tərəfləri sakitliyi qorumağa, təmkinli olmağa və bölgədəki vəziyyətin yumşalmasına töhfə verməyə çağırır. Ümid edirik ki, bütün tərəflər müvəqqəti atəşkəs razılaşmasından mübahisələri həll etmək və müharibə alovlarını siyasi və diplomatik vasitələrlə söndürmək üçün bir fürsət kimi istifadə edə biləcəklər”.

P.ƏMİRCANOVXQ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
11
1
xalqqazeti.az

2Источники