RU

“Beşiktaş”dan transfer rekordu: 30 milyona bu oyunçunu gətirmək istəyir

BAKI, 9 aprel. TELEQRAF

Türkiyə təmsilçisi “Beşiktaş” Almaniyanın “Bayer Leverkuzen” klubunun çexiyalı futbolçusu Patrik Şiki transfer edə bilər.

Teleqraf Almaniya mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi 30 yaşlı hücumçu üçün tezliklə rəsmi təklif göndərəcək.

“Beşiktaş” Patrik Şik üçün 30 milyon avroya qədər vəsait xərcləyə bilər ki, bu da klub tarixinin transfer rekordunu qırılması deməkdir.

Qeyd edək ki, Patrik Şik cari mövsümdə “Bayer Leverkuzen”in heyətində 34 rəsmi oyunda 15 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2030-cu ilə qədərdir.

Избранный
20
teleqraf.com

1Источники