İsrailin ABŞ ilə birlikdə İrana qarşı həyata keçirdiyi hücumlar səbəbilə bağlanan Məscidi-Əqsa 41 günlük fasilədən sonra yenidən müsəlmanların ibadətinə açılıb.
"Cebheinfo.az" xəbər verir ki, səhər azanı ilə birlikdə Hərəmi-Şərifin qapıları açılıb və yüzlərlə fələstinli müsəlman əraziyə axışıb.
Bildirilir ki, qapıların açılması bir çox insanın göz yaşlarına səbəb olub, onlar Hərəmi-Şərifin həyətində şükür səcdəsinə qapanıblar.
41 gündən sonra Hərəmi-Şərifin yenidən ibadətə açılması münasibətilə qılınan sübh namazında yüzlərlə müsəlman birlikdə saf tutub.
Qeyd edək ki, İsrail ABŞ ilə birgə İrana qarşı fevralın 28-də başladığı hücumlarla paralel olaraq, Şərqi Qüdsdə yerləşən Məscidi-Əqsaya girişləri tamamilə məhdudlaşdırmışdı.