RU

Slot: “Enfild”dəki oyun fərqli olacaq”

ain.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Liverpul”un baş məşqçisi Arne Slot Çempionlar Liqasında PSJ-yə uduzduqları görüşü şərh edib.

Futbolpress.az UEFA-ya istinadən xəbər verir ki, mütəxəssis 0:2 hesabıyla bitən matçdan sonra bunları deyib:

“Enfild”dəki oyun fərqli olacaq. Hesab 0:2 olsa da, geridönüş üçün şansımız hələ də var. Cavab matçında daha çox qol vəziyyəti yaratmalı, erkən qol vurmalıyıq. Rəqibin topa nəzarətinin qarşısını almaq vacibdir. Ola bilsin, heç onlara qol şansı vermədik. Cavab matçında fərqli “Liverpul” olacaq.”

Komandalar arasındakı cavab oyunu aprelin 14-də İngiltərədə olacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
16
futbolpress.az

1Источники