RU

İranın planı ilə bağlı Trampın iki adamına mesaj çatdırıldı: nə baş verir?

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Böyük neft şirkətləri ABŞ Prezidenti Donald Trampın İrana dair sülh planından narazılıq edirlər”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Bildirilir ki, plan İrana Hörmüz boğazından keçən gəmilərdən rüsum tələb etmək imkanı verdiyindən, şirkət rəhbərləri əlavə xərclərin dünya neft bazarına təsirindən narahatdır:

“Ekspertlər qeyd edirlər ki, hər yük üçün təxminən 2–2,5 milyon dollar əlavə rüsum və sığorta xərclərinin artması deməkdir, bu da neft qiymətlərini yüksəldə və şirkətləri sanksiya pozuntusu riskinə məruz qoya bilər.

Bu narahatlıqlar ABŞ dövlət katibi Marko Rubio və vitse-prezident Ceyms Di Vensə çatdırılıb. Lakin administrasiya İranda təklif olunan planı hələ də nəzərdən keçirməyə hazır görünür”, – deyə qeyd edilib.

Safura Bənnayeva

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
13
globalinfo.az

1Источники