RU

Almanlardan möhtəşəm YENİLİK: Divana çevrilən EV SAUNASI – FOTO/VİDEO

Almanlar divana çevrilən ev saunası hazırlayıblar.

İnterpress.az xəbər verir ki, bu barədə “Texnoloji xəbərlər” məlumat yayıb.

Almaniyanın “Suda” şirkəti ev şəraitində istifadə üçün nəzərdə tutulan maraqlı bir yeniliyə imza atıb.

Şirkət mütəxəssisləri lazım olduqda sadə bir divana çevrilə bilən ev saunası hazırlayıblar.

İstifadəsi olduqca rahat olan bu qurğu cəmi bir dəqiqə ərzində açılaraq saunaya çevrilir və 110 dərəcəyədək isinə bilir. Lazım olduqda isə eyni rahatlıqla yenidən yığılaraq divan formasını alır.

Bu unikal dizayn evdə əlavə yer tutmadan maksimum rahatlığı təmin etməyə imkan verir.

Xuraman Etibarlı

İnterpress.az


Избранный
36
interpress.az

1Источники